Bank Of Baku

“Açıq Cəmiyyət Partiyasının fəaliyyətinə xitam verilməlidir”

“Açıq Cəmiyyət Partiyasının fəaliyyətinə xitam verilməlidir”
# 16 sentyabr 2009 15:31 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. “Açıq Cəmiyyət Partiyasının Ali Məclisinin sentyabrın 20-də keçiriləcək iclasında partiyanın fəaliyyətinə xitam verilməlidir. Əks təqdirdə mənim bu partiyada qalmağım mümkün deyil”. Bunu APA-ya açıqlamasında Açıq Cəmiyyət Partiyası (ACP) liderinin müşaviri Zəminə Dünyamalıyeva deyib. Onun sözlərinə görə, o hələ keçmiş sədr Akif Şahbazovun vaxtından bu tələblə çıxış edir: “Amma hər dəfə deyirlər ki, “Partiyaya nə olub? İşləyir, fəaliyyət göstərir, dağı dağ üstünə qoyur”. Bunların qəbahəti ondadır ki, öz qüsurlarını görmürlər. Mən partiyanın belə fəaliyyətsiz durumunu həzm edə bilmirəm. Ona görə də sentyabrın 20-də özünə hörmət edən şəxslər partiyanın fəaliyyətinə xitam verilməsinə səs verməlidir. Belə olmayacaqsa, mən özümə hörmət edəcəyəm”. Z. Dünyamalıyeva vəziyyətdən yeganə çıxış yolunun partiyanın ləğvində gördüyünü bildirib: “Onlar fakt qarşısındadırlar. Bunu mənim çağırışım olduğu üçün yox, partiyanın durumunu nəzərə alıb qərar verməlidirlər”. Z. Dünyamalıyeva partiyadan istefa verəcəyi halda heç bir siyasi quruma üzv olmayacağını, müstəqil siyasi fəaliyyət göstərəcəyini bildirib.

ACP-nin sədr əvəzi Vaqif Mahmudov isə APA-ya bildirib ki, partiyanın fəaliyyətini dayandırmaqla bağlı müzakirədən söhbət gedə bilməz: “Qətiyyən belə şey ola bilməz. Nizamnaməyə görə, partiyanın fəaliyyətinə ancaq qurultay xitam verə bilər. Hazırda ACP fəaliyyət göstərir, Ali Məclis də toplanacaq. Kiminsə təklifi, düşüncəsi ilə partiyanın fəaliyyətində xitam vermək absurd olardı”.

V. Mahmudov onu da qeyd edib ki, Ali Məclisin iclası Klassik Xalq Cəbhəsi Partiyasının qərargahında keçiriləcək. İclasda partiyaya yeni sədr seçiləcək, bələdiyyə seçkiləri ilə bağlı qərar veriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR