Bank Of Baku

“Müsavat” deputat qrupu parlamentin payız sessiyasına bir neçə qanun layihəsi təqdim etməyə hazırlaşır

“Müsavat” deputat qrupu parlamentin payız sessiyasına bir neçə qanun layihəsi təqdim etməyə hazırlaşır
# 17 sentyabr 2009 09:33 (UTC +04:00)
Bakı. Elnur Məmmədli-APA. “Müsavat” deputat qrupu parlamentin payız sessiyasına bir sıra qanun layihələri təqdim etməyə hazırlaşır. Qrupun üzvü, millət vəkili Pənah Hüseyn APA-ya açıqlamasında bildirib ki, onlar əsasən “2010-cu il dövlət büdcəsi haqqında” qanuna müəyyən təkliflər təqdim edəcəklər. P. Hüseyn burada xüsusilə “Büdcə sistemi haqında” qanunla bağlı bir sıra təkliflərin yer alacağını bildirib. Qrup üzvləri “Hərbi çağırışın əsasları haqqında” qanuna dəyişiklik, o cümlədən ikinci dərəcəli əlillərin tək övladlarının hərbi çağırışdan azad olunması ilə bağlı müddəanın bərpa edilməsi barədə qanun layihələri təqdim edəcək: “Bundan əlavə siyasi partiyalar, pensiyalar, sosial müavinətlərlə bağlı qanunlara əlavələrlə bağlı layihələr təqdim etmək fikrimiz var. Həmçinin, bələdiyyə seçkilərinin yaxınlaşması ilə bağlı bələdiyyələrlə bağlı qanuna əlavə və dəyişikliklər, vətəndaşların Sovet dövründən qalmış əmanətlərinin qaytarılması barədə təkliflərlə çıxış edəcəyik”.

P. Hüseyn bildirib ki, ötən sessiyalarda deputat qrupu ümumilikdə, parlamentə 12 qanun layihəsi təqdim edib. Lakin bu vaxta qədər həmin layihələrin böyük əksəriyyətinə baxılmayıb. Bunlar Seçki Məcəlləsinə əlavə və dəyişikliklər, “Terrorizmə qarşı mübarizə”, “Eks-prezidentlərin statusu”, “Müxalifətin fəaliyyəti haqqında”, “Neft-qaz haqqında” və digər qanun layihələridir. P. Hüseyn payız sessiyasında bu layihələrin də müzakirəyə çıxarılmasına çalışacaqlarını vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR