Bank Of Baku

Əli Həsənov: “Azərbaycanın Seçki Məcəlləsinə dəyişiklik edilməsi indiki məqamda real görünmür”

Əli Həsənov: “Azərbaycanın Seçki Məcəlləsinə dəyişiklik edilməsi indiki məqamda real görünmür”
# 17 sentyabr 2009 11:07 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. “Azərbaycanda Seçki Məcəlləsinə dəyişiklik edilməsi indiki məqamda real görünmür. Bu qanun qəbul olunub və həmin qanunla artıq 2-3 seçki keçirilib”. Bunu APA-ya açıqlamasında Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov müxalifət partiyalarının Seçki Məcəlləsinə əlavə və dəyişikliklərlə bağlı qanun layihəsi təklifi ilə çıxış etməsinə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, qanun qəbul olunandan sonra bütün seçki praktikası və seçkilərə verilən rəylər göstərib ki, bu Seçki Məcəlləsi ilə demokratik, ədalətli, şəffaf seçkilər keçirmək mümkündür: “Seçkilər də məhz belə keçirilir. Ona görə də bu məcəlləyə edilən təkliflər sadəcə olaraq təşəbbüs kimi dəyərləndirilə bilər. Bu gün bu qanuna dəyişiklik etməyə nə lüzum var, nə də bu real görünür”.

Qeyd edək ki, Qarabağ və Respublika Uğrunda Hərəkata daxil olan 6 müxalifət partiyası Seçki Məcəlləsinə əlavə və dəyişikliklərlə bağlı qanun layihəsi hazırlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR