Bank Of Baku

Bahar Muradova: “Türkiyəyə inamımızı itirməmişik”

Bahar Muradova: “Türkiyəyə inamımızı itirməmişik”
# 17 sentyabr 2009 11:13 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. “Türkiyə-Ermənistan münasibətlərinin tənzimlənməsi ilə bağlı məsələyə bizim rəsmi münasibətimiz aydındır. Dəfələrlə bəyan etmişik ki, hər bir dövlət öz qonşuları ilə münasibətlərini özü müəyyən edir. Amma eyni zamanda “hər bir dövlət” deyərkən Azərbaycanla Türkiyənin münasibətləri bu çərçivəyə sığmır”. APA-nın məlumatına görə, bunu Milli Məclisin sədr müavini Bahar Muradova deyib. Azərbaycan-Türkiyə münasibətlərinin tamamilə fərqli olduğunu söyləyən B. Muradova dost dövlətin Azərbaycanın maraqlarına zidd addım atacağına inanmaq istəmədiyini vurğulayıb: “Biz inanmaq istəyirik ki, Türkiyə Ermənistanla münasibətləri tənzimləyərkən Azərbaycanın maraqlarına zərbə vurulmasına heç vaxt imkan verməyəcək və Ermənistanla sərhədlər bağlanarkən qoyulan şərtlərin yerinə yetirilməsi çərçivəsində bu işə rəvac verəcək”.

Azərbaycanın Türkiyəyə rəsmi etiraz etməsinə gəldikdə, B. Muradova hələlik etiraz bildiriləsi məqam olduğunu düşünmür: “Azərbaycanın rəsmi dairələri və Azərbaycan ictimaiyyəti narahatlıq keçirməklə yanaşı, Türkiyənin Ermənistanla münasibətlərdə Azərbaycanın maraqlarını qoruyacağına inamını itirməyib. Düşünürəm ki, bizim mövqeyimizi nəzərə alacaqlar. Hər halda bizim mövqeyimiz bəllidir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR