Bank Of Baku

Bahar Muradova: “Jirinovskinin açıqlamaları növbəti avantüradır”

Bahar Muradova: “Jirinovskinin açıqlamaları növbəti avantüradır”
# 17 sentyabr 2009 11:29 (UTC +04:00)
Bakı. Elnur Məmmədli-APA. “Mən düşünmürəm ki, Vladimir Jirinovskinin fikri Rusiya hökumətinin və parlamentini rəsmi fikridir, dövlətin rəsmi siyasətidir. Jirinovski həmişə bu tip açıqlamaları ilə yadda qalmağa çalışıb. Düşünürəm ki, indiki açıqlaması da bu tipli növbəti avantüradır”. Azərbaycan parlamentinin vitse-spikeri Bahar Muradova Rusiya parlamentinin vitse-spikeri Vladimir Jirinovskinin Qarabağın ermənilərə məxsus olması barədə səsləndirdiyi fikirləri APA-ya bu cür şərh edib. Onun sözlərinə görə, Jirinovskinin avantürist olması onu məsuliyyətdən azad eləmir: “Çünki o parlamentin rəhbərliyində təmsil olunan rəsmi şəxsdir və parlamentdə partiya qrupunun rəhbəridir. Ona görə də düşünürəm ki, o bir qədər məsuliyyətli olmalıdır. Amma görünür, Jirinovski bu fikirləri söyləyərkən başqa təsir altında olur”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR