Bank Of Baku

YAP İdarə Heyətinin üzvləri Elitar Gimnaziyaya baxış keçiriblər

YAP İdarə Heyətinin üzvləri Elitar Gimnaziyaya baxış keçiriblər
# 17 sentyabr 2009 11:56 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvləri Bakının Nəsimi rayonunda əsaslı təmirdən sonra istifadəyə verilmiş Elitar Gimnaziyada olublar. APA-nın məlumatına görə, İH üzvləri məktəbin müəllimlər otağı, kompüter otağı, idman zalı, siniflər, laboratoriya, bufet və müasir standartlara uyğun şəkildə yenidən qurulmuş digər otaqlara baxış keçiriblər. Təhsil naziri Misir Mərdanov həmkarlarına məktəblə bağlı məlumat verib, təmir üçün istifadə olunan bütün materialların və yeni quraşdırılan bütün avadanlıqların müasir standartlara cavab verdiyini deyib. YAP rəhbərliyi müəllim və şagirdlərlə söhbət edib, onların fikirlərini dinləyiblər.

Qeyd edək ki, ziyarətdə YAP İH-nin üzvləri – Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov, təhsil naziri Misir Mərdanov, Milli Məclisin sədr müavini Bahar Muradova, YAP sədrinin müavini Əli Əhmədov, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov, millət vəkilləri Siyavuş Novruzov, Nizami Xudiyev və Şahlar Əsgərov iştirak ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR