Bank Of Baku

BAXCP sədri baş prokurora müraciət edib

BAXCP sədri baş prokurora müraciət edib
# 17 sentyabr 2009 12:38 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev baş prokuror Zakir Qaralova müraciət edib. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, müraciətdə Dəvəçi rayonunun ərazisində, Bakı-Quba avtomobil yolunun 130-cu kilometrində Nəqliyyat Nazirliyinin “Azəryolservis” ASC-nin 1 saylı “Yolların mühafizə xidməti” MMC-nin əməkdaşları tərəfindən KAMAZ markalı yük avtomobilinin sürücü Mehman Əmirquliyevə qarşı fiziki güc tətbiq edilməsi faktının araşdırılması və baş vermiş qanunsuzluğun aradan qaldırılması xahiş olunur. M. Əmirquliyevin anası Raya Əmirquliyevanın və hadisənin şahidi Sevda Əkbərovanın müraciətini əsas götürən BAXCP sədri baş prokurordan M. Əmirquliyevin döyülməsi faktının, eləcə də son vaxtlar Nəqliyyat Nazirliyinin əməkdaşları tərəfindən taksi və yük maşınlarının sürücülərinə qarşı zorakılıqlara yol verilməsi, onlardan qanunsuz vəsaitlərin toplanılması, avtomobillərin nömrə nişanlarının açılması barədə mətbuatda yayılan məlumatların araşdırılması üçün müvafiq göstəriş verməsini xahiş edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR