Bank Of Baku

Milli Məclisin təhlükəsizlik və müdafiə komitəsinin iclası keçirilib

Milli Məclisin təhlükəsizlik və müdafiə komitəsinin iclası keçirilib
# 17 sentyabr 2009 12:44 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Milli Məclisin təhlükəsizlik və müdafiə komitəsinin iclası keçirilib. APA-nın məlumatına görə, iclasda “Birləşmiş Millətlər Təşkilatının işçi heyətinin və onunla bağlı heyətin təhlükəsizliyi haqqında Konvensiya”ya Fakültativ Protokolun təsdiq edilməsi barədə qanun layihəsinə baxılıb. Qanun layihəsi ətrafında fikir mübadiləsindən sonra sənədin parlamentin müzakirəsinə çıxarılması qərara alınıb. Deputatlar sonra gündəlikdəki növbəti məsələləri müzakirə ediblər. “Terrorçuluq, mütəşəkkil cinayətkarlıq və cinayətlərin digər təhlükəli növləri ilə mübarizə sahəsində GUAM-ın iştirakçısı olan dövlətlərin hökumətləri arasında əməkdaşlıq haqqında” 2002-ci il 20 iyul tarixli Saziş”ə dair Protokolun təsdiq edilməsi barədə, “Daxili qoşunların statusu haqqında” qanuna əlavə və dəyişiklik edilməsi barədə” qanun layihələrinə də baxılıb. Rəy və təkliflər dinlənildikdən sonra sənədlərin Milli Məclisin payız sessiyasının gündəliyinə daxil edilməsi tövsiyə olunub.

Bu gün, həmçinin Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclası keçirilib. İclasda İnzibati Xətalar Məcəlləsinə, “Elektroenergetika haqqında”, “Qaz təchizatı haqqında” və “Su təchizatı və tullantı suları haqqında” sənədlərə əlavə və dəyişikliklər edilməsi barədə qanun layihələrinə redaktə xarakterli dəyişikliklər müzakirə edilərək plenar iclasa tövsiyə olunub.
Daha sonra “Ətraf mühitin mühafizəsi haqqında”, “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” və “Təbii müalicə ehtiyatları, müalicə-sağlamlaşdırma yerləri və kurortlar haqqında” qanunlara dəyişikliklər və əlavələr edilməsi barədə” sənədlər də ətraflı müzakirə edilərək parlamentə göndərilməsinə dair qərar verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR