Bank Of Baku

Azərbaycan prezidenti Milli Onkologiya Mərkəzinin cərrahiyyə korpusunun açılışında iştirak edib

Azərbaycan prezidenti Milli Onkologiya Mərkəzinin cərrahiyyə korpusunun açılışında iştirak edib
# 17 sentyabr 2009 12:40 (UTC +04:00)
Bakı - APA. Sentyabrın 17-də Milli Onkologiya Mərkəzinin cərrahiyyə korpusunun açılışı olub. Mərasimdə prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva da iştirak edib. APA-nın məlumatına görə, prezident İ. Əliyev cərrahiyyə korpusunun açılışını bildirən lenti kəsib və bina ilə yaxından tanış olub. Təməli 2006-cı ilin iyunun 1-də qoyulan Milli Onkologiya Mərkəzinin cərrahiyyə korpusu ən müasir üslubda inşa edilib. Birinci mərtəbədə qəbul şöbəsi, inzibati otaqlar, mühasibatlıq, dəftərxana, elmi hissə, kitabxana, kafe, market yerləşir. İkinci mərtəbədə ümumi onkologiya, üçüncü mərtəbədə onkoginekologiya və torakal-onkologiya, dördüncü mərtəbədə abdominal-onkologiya, beşinci mərtəbədə baş-burun şişləri və onkourologiya şöbələri, altıncı mərtəbədə reanimasiya şöbəsi, yeddinci mərtəbədə iki əməliyyat bloku yerləşir.
Tibb ocağı Almaniyanın ən müasir avadanlığı ilə təchiz olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR