Bank Of Baku

Azərbaycan prezidenti Bakının Parlament və Mehdi Hüseyn küçələrinin əsaslı bərpa və yenidənqurma işlərindən sonrakı vəziyyəti ilə tanış olub

Azərbaycan prezidenti Bakının Parlament və Mehdi Hüseyn küçələrinin əsaslı bərpa və yenidənqurma işlərindən sonrakı vəziyyəti ilə tanış olub
# 17 sentyabr 2009 14:56 (UTC +04:00)
Bakı - APA. Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 17-də Bakının Parlament və Mehdi Hüseyn küçələrinin əsaslı bərpa və yenidənqurma işlərindən sonrakı vəziyyəti ilə tanış olub. APA-nın məlumatına görə, bərpa və yenidənqurma işləri barədə dövlət başçısına məlumat verilib, bildirilib ki, təmir işləri qısa vaxt ərzində yüksək standartlara uyğun şəkildə başa çatdırılıb. 1,6 kilometr yola yeni asfalt örtüyü döşənib. Yol boyu səkilər - 3,2 kilometr ərazi qranit səki daşları ilə əvəzlənib. Hər iki küçədə xüsusi materialdan hazırlanmış yol-nişanlama xətləri çəkilib. Bu yol-nişanlama xətləri gecələr nəqliyyat vasitələrinin təhlükəsiz hərəkəti üçün çox əhəmiyyətlidir. Asfalt örtüyü döşənməzdən əvvəl bütün kommunikasiya quyularının avadanlığı tamamilə dəyişdirilib. Küçələrdə işıq sistemi yenilənib, abadlıq işləri aparılıb.

Təmir və yenidənqurma işləri ilə tanış olan prezident müvafiq tövsiyə və tapşırıqlarını verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR