Bank Of Baku

YAP İdarə Heyətinin növbəti toplantısı keçirilib

YAP İdarə Heyətinin növbəti toplantısı keçirilib
# 17 sentyabr 2009 15:09 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin növbəti iclası keçirilib. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, iclasda bələdiyyə seçkilərinə hazırlıq ilə bağlı məsələlər müzakirə edilib. Toplantıda bələdiyyə seçkilərinə hazırlıqla əlaqədar partiyanın rayon (şəhər) təşkilatlarında bir sıra tədbirlərin həyata keçirildiyi, partiyanın İcra Katibliyinin müəyyən etdiyi seçkiyə hazırlıq qrafikinə uyğun olaraq yerli təşkilatlarda partiya fəalları üçün treninq və seminarlar təşkil olunduğu bildirilib, müvafiq tapşırıqlar verilib. İdarə Heyətinin iclasında YAP-ın bələdiyyə seçkiləri ilə əlaqədar seçki proqramı və İcra Katibliyi tərəfindən hazırlanmış müvafiq təlimatlar və sənədlər müzakirə edilərək təsdiqlənib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR