Bank Of Baku

Azərbaycan Avropa Hərəkatının prezidenti və baş katibi almaniyalı diplomatla görüşüblər

Azərbaycan Avropa Hərəkatının prezidenti və baş katibi almaniyalı diplomatla görüşüblər
# 17 sentyabr 2009 20:07 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Bu gün Beynəlxalq Avropa Hərəkatının Azərbaycan üzrə Hazırlıq Komitəsinin (Azərbaycan Avropa Hərəkatı) prezidenti Surxan Lətifov və baş katibi Rəşad Xasayoğlu Almaniyanın Azərbaycandakı səfirliyinin birinci katibi Florian Ttöter ilə görüşüblər.
Beynəlxalq Avropa Hərəkatının Azərbaycan üzrə Hazırlıq Komitəsinin vitse-prezidenti Ramil Məmmədlinin APA-ya verdiyi məlumata görə, görüşdə Azərbaycanda insan hüquqlarının, demokratik təsisatların vəziyyəti, Avropaya inteqrasiya istiqamətinə görülən işlər, Cənubi Qafqazda münaqişələrin həllinə maneçilik törədən amillərlə bağlı müzakirələr aparılıb. Görüşdə səfirliklə Azərbaycan Avropa Hərəkatı arasında qarşılıqlı əməkdaşlığın perspektivləri də müzakirə mövzusu olub.
Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən görüşdə qərara alınıb ki, Azərbaycan Avropa Hərəkatı ilə Almaniya səfirliyi arasında “Şərq Tərəfdaşlığı”, Azərbaycanın Avropaya inteqrasiya istiqamətində görülən işlər çərçivəsində əməkdaşlıq inkişaf etdirilsin.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR