Bank Of Baku

Azərbaycan baş prokurorunun seçilməsi ilə bağlı məhdudiyyətin götürülməsi haqda qanun layihəsi yaxın günlərdə Milli Məclisdə müzakirəyə çıxarılacaq

Azərbaycan baş prokurorunun seçilməsi ilə bağlı məhdudiyyətin götürülməsi haqda qanun layihəsi yaxın günlərdə Milli Məclisdə müzakirəyə çıxarılacaq
# 17 sentyabr 2009 15:28 (UTC +04:00)
Bu barədə APA-ya məlumat Milli Məclisdən daxil olub. Məlumata görə, yaxın günlərdə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində “Prokurorluq haqqında” qanuna dəyişikliklər edilməsi ilə bağlı sənəd müzakirəyə çıxarılacaq. Komitə üzvlərinə paylanan layihədə “Prokurorluq haqqında” qanunun 16-cı maddəsinin 2-ci hissəsindən “Eyni şəxs iki dəfədən artıq təkrarən Azərbaycan Respublikasının baş prokuroru, Azərbaycan Respublikasının hərbi prokuroru, Naxçıvan Muxtar Respublikası prokuroru vəzifəsinə təyin edilə bilməz” cümləsi çıxarılması təklif olunur. Qanun layihəsi Milli Məclisin payız sessiyasının qanunvericilik işləri planına daxil ediləcək.

Qeyd edək ki, “Prokurorluq haqqında” qanunda Azərbaycanın baş prokurorunun, hərbi prokurorunun və Naxçıvan Muxtar Respublikası prokurorunun seçilməsi ilə bağlı məhdudiyyət var. Belə ki, bu vəzifələrə eyni şəxsin 5 il müddətinə, yalnız iki dəfə seçilməsi mümkündür.

Azərbaycanın hazırkı baş prokuroru Zakir Qaralov bu vəzifəyə 2000-ci il aprelin 25-də təsdiqlənib, onun səlahiyyət müddəti gələn il aprelin 25-də başa çatır.

Hərbi prokuror Xanlar Vəliyev bu vəzifəyə 2005-ci ilin fevralın 10-da təyin edilib.

Naxçıvan Muxtar Respublikasının prokuroru isə Şahverdiyev Səbuhi Zəhmət oğludur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR