Bank Of Baku

Azərbaycan Milli Məclisinin vitse-spikeri Belçika Senatının fəxri prezidenti ilə görüşüb

Azərbaycan Milli Məclisinin vitse-spikeri Belçika Senatının fəxri prezidenti ilə görüşüb
# 17 sentyabr 2009 19:14 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Milli Məclisin sədr müavini Bahar Muradova Belçika Senatının fəxri prezidenti, senator Anne Marie Lizin ilə görüşüb. APA-nın məlumatına görə, B.Muradova iki ölkə parlamentarlarının ATƏT çərçivəsində keçirilən görüşlərini xatırladaraq, aparılan müzakirələrin səmərəli olduğunu deyib. Anne Marie Lizinin Azərbaycana səfərinin məqsədinə toxunan B.Muradova insan alverinə qarşı mübarizə sahəsində bütün lazımi addımların atıldığını bildirib: “Bununla bağlı qanunvericilik bazası da formalaşıb”.
Vitse-spiker bu yaxınlarda yeni hazırlanan ”Məişət zorakılığına qarşı mübarizə haqqında” qanun layihəsinin parlamentin müzakirəsinə təqdim olunacağını diqqətə çatdırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR