Bank Of Baku

“Qüds Günü” və Qarabağın işğalına həsr olunmuş tədbir keçirilib

“Qüds Günü” və Qarabağın işğalına həsr olunmuş tədbir keçirilib
# 18 sentyabr 2009 09:46 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Azərbaycan Ziyalılar Birliyi “Qüds Günü” və Qarabağın işğalına həsr olunmuş tədbir keçirib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən təşkilatın sədri Eldəniz Quliyev mütərəqqi düşüncəli hər kəsin milliyyətindən, dinindən və irqindən asılı olmadan, təcavüzkar və qəsbkar siyasətə qarşı mübarizəyə qalxmalı olduğunu deyib. Onun sözlərinə görə, müharibənin dəhşətlərinə sinə gərən, təcavüz, işğal kabusuna yaxşı bələd olan, yüz minlərlə qaçqın-köçkün taleyini yaşayan, torpaq itkisi, Qarabağ ağrısı çəkən Azərbaycan xalqı işğalın nə olduğunu yaxşı bilir: “Bu gün Beytül-Müqəddəs əsarətdədir, Qarabağ işğal altındadır. İraqda, Əfqanıstanda, Fələstində hələ də məzlum insanların qanı axıdılır. Biz bütün bunlara qarşı öz qəti etiraz səsimi ucaltmalı, təcavüzkara “Dur!” deməyi bacarmalıyıq” .

Tədbirdə Qüdsün və Qarabağın azad olunmasını tələb edən bəyanat da qəbul olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR