Bank Of Baku

Yeni neft-qaz kəmərləri ilə əlaqədar Xəzər regionunda terror təhlükəsi daha da artıb

Yeni neft-qaz kəmərləri ilə əlaqədar Xəzər regionunda terror təhlükəsi daha da artıb
# 18 sentyabr 2009 11:55 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. Azərbaycanda Vətəndaş Cəmiyyətini İnkişafına Yardım Assosiasiyası (AVCİYA) Fransanın “Avrasiya Yeni Üfüqlər” təşkilatı ilə birgə “Yeni geosiyasi reallıqlar prizmasından Xəzər dənizi regionunda təhlükəsizlik və sabitlik” mövzusunda beynəlxalq konfrans keçirib. APA-nın məlumatına görə, konfransda Azərbaycanın ictimai-siyasi xadimləri, QHT rəhbərləri, politoloqlarla yanaşı, Avropanın bir sıra ölkələrindən millət vəkilləri, analitik mərkəzlərin rəhbərləri iştirak ediblər. AVCİYA-nın vitse-prezidenti Vəli Əlibəyov bildirib ki, Xəzər regionunda ictimai-siyasi vəziyyət heç də stabil deyil. O bu regionda bir sıra münaqişələrin olduğunu bildirib və bunu təhlükəsizliyə təhdid olduğunu vurğulayıb.

“Avrasiya Yeni Üfüqlər” təşkilatının rəhbəri, Fransa Milli Assambleyasının deputatı Terri Mariani Xəzər regionunda böyük həcmdə neft-qaz yataqlarının olmasının dünyanın diqqətinin bu bölgəyə yönəltdiyini deyib “Ona görə də bu region təhlükələrə daha həssasdır”.

Avropa Şurası Monitorinq Komitəsinin Böyük Britaniyadan olan üzvü Mayk Hankok bildirib ki, münaqişələrin həlli və gələcəkdə yenidən alovlanmaması üçün düzgün siyasi xətt yeridilməlidir “Erməniləri başa çalmaq lazımdır ki, azərbaycanlılarla qonşuluq şəraitində yaşamağa məhkumdurlar. Azərbaycanın işğal olunmuş 20 faiz torpaq, 1 milyon qaçqın-köçkün problemi həll olunmalıdır ki, bölgədə təhlükəsizlik tam təmin edilsin”.

İngiltərə Müdafiə Forumunun təsisçisi Robin Aşbay və AŞ PA-nın xarici əlaqələr üzrə komitəsinin sədri Tadeuş İvinski “Xəzər dənizi ətrafında təhlükəsizliyin bugünkü vəziyyəti” mövzusunda məruzə ediblər. R. Aşbay regionda terror üçün böyük təhlükələrin olduğunu deyib və Azərbaycanın İslam fundamentalizmi ilə üzləşmiş dövlət olduğunu vurğulayıb. O, yeni çəkilən neft-qaz kəmərləri ilə əlaqədar regionda terror təhlükələrinin daha da artdığını bildirib.

Azərbaycan Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov “Qafqaz münaqişələri və onların qlobal təhlükəsizlik üzərinə təsiri” mövzusunda çıxış edib. Onun sözlərinə görə, region üçün təhlükə törədən əsas məsələ Dağlıq Qarabağ münaqişəsidir. Şöbə müdiri bildirib ki, problem yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır “Millətlərin öz müqəddəratını təyin etmək prinsipi Dağlıq Qarabağa şamil edilə bilməz. Münaqişənin həlli yolunda Dağlıq Qarabağa Azərbaycanın tərkibində muxtariyyət statusu verilə bilər. Bunun üçün də 7 rayon qaytarılmalı, yalnız bundan sonra muxtariyyət məsələsi müzakirə oluna bilər”. E. Aslanov bildirib ki, münaqişənin nizamlanması prosesinin uzanması Ermənistanın qeyri-konstruktiv mövqe tutması ilə bağlıdır “Ermənilər anlamalıdırlar ki, zaman onların xeyrinə işləmir”.

Konfransda “Eenerji resursları və iqtisadi böhran onların təhlükəsizliyə təsiri”, “NATO” və Avropa Birliyi ilə əməkdaşlığın güclənməsinə doğru” mövzularında sessiyalar keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR