Bank Of Baku

Azərbaycan prezidenti Quba məzarlığını ziyarət edib

Azərbaycan prezidenti Quba məzarlığını ziyarət edib
# 18 sentyabr 2009 12:39 (UTC +04:00)
Azərbaycan prezidenti Qubadakı soyqırımı məzarlığını da ziyarət edib. Dövlət başçısına məlumat verilib ki, bu məzarlıq 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdikləri soyqırımının danılmaz sübutudur. Məzarlığın ümumi sahəsi 514 kv/m-dir. Aparılan qazıntılar nəticəsində burada insan cəsədləri qalaqlanan iki quyu və iki arx aşkar edilib. İnsanların hamısının soyuq silah və küt alətlərlə xüsusi qəddarlıqla qətlə yetirildiyi müəyyənləşdirilib. Ermənilər Qubada azərbaycanlılarla yanaşı, ləzgiləri, yəhudiləri, tatları, avarları və digər etnik qrupların nümayəndələrini də qətlə yetiriblər. Tədqiqat zamanı məzarlıqda 400-dən çox insan cəsədinin qalıqları aşkar edilib. Onlardan 50-dən çoxu uşaq, 100-dən çoxu qadın, qalanları isə, əsasən, yaşlı kişilərdir.

Kütləvi məzarlıq 2007-ci ilin aprelində ərazidə torpaq işləri görülərkən aşkar edilib. Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları burada 2007-ci il aprelin 8-dən 11-dək ilkin tədqiqat işləri aparıblar. Məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdikləri soyqırımı ilə bağlı olduğu təsdiqlənib. Arxiv sənədlərindən məlum olub ki, 1918-ci ilin aprel-may ayları ərzində ermənilər tərəfindən təkcə Quba qəzasında 36 min 782 nəfər qətlə yetirilib, 122 kənd tamamilə dağıdılıb.

Bu məzarlıq erməni vəhşiliklərinin beynəlxalq ictimaiyyətə çatdırılması üçün daha bir danılmaz tarixi faktdır.

Prezident İlham Əliyevə məzarlıqda inşa olunacaq abidə kompleksinin layihəsi haqqında da məlumat verilib.

Bu gün prezidentin iştirakı ilə Qubada “Şahdağ” Elektrik Stansiyasının açılışı da olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR