Bank Of Baku

YAP-da ümumrespublika müşavirəsi keçirilib

YAP-da ümumrespublika müşavirəsi keçirilib
# 18 sentyabr 2009 15:21 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. Yeni Azərbaycan Partiyasının (YAP) rayon və şəhər təşkilatları sədrlərinin iştirakı ilə qarşıdan gələn bələdiyyə seçkilərinə hazırlıqla bağlı ümumrespublika müşavirəsi keçirilib. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, müşavirədə çıxış edən YAP sədrinin müavini, icra katibi Əli Əhmədov bildirib ki, partiya bələdiyyə seçkilərinə hazırdır. Ə. Əhmədov indiyədək həyata keçirilən tədbirlərin ümumən qənaətbəxş olduğunu deyib. O bildirib ki, bələdiyyə seçkilərində YAP-ın qələbə qazanacağını inamla söyləmək mümkündür. Azərbaycanda bələdiyyələrin 10 ilə yaxındır fəaliyyət göstərdiyini xatırladan Ə. Əhmədov ötən müddət ərzində bələdiyyələrin işinin təkmilləşdirilməsi istiqamətində ciddi addımlar atıldığını vurğulayıb. O həmçinin qeyd edib ki, yerli özünüidarəetmə orqanlarının vəzifəsi insanlara səmərəli xidmət göstərmək və yerli sosial problemlərin həllinə daha peşəkar yanaşmaqdan ibarətdir. Ə. Əhmədovun sözlərinə görə, qarşıdan gələn seçkilərdə qadınların və gənclərin namizədliyinə daha çox üstünlük verilməlidir.

Müşavirədə seçki qanunvericiliyinə uyğun olaraq YAP-ın rayon və şəhər təşkilatlarına müvafiq tövsiyə və tapşırıqlar verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR