Bank Of Baku

Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
# 18 sentyabr 2009 15:43 (UTC +04:00)
APA-nın məlumatına görə, dövlət başçısı ilahi hikmətlər xəzinəsi Qurani-Kərimin nazil olduğu mübarək Ramazan ayının insanları sülh, əmin-amanlıq və bərabərlik yoluna dəvət etdiyini, mənəvi-əxlaqi saflığın, xeyirxah əməllərin təntənəsini nümayiş etdirdiyini bildirib: “Xalqımız həmişə milli mənəvi və İslami dəyərlərə sadiqliyi ilə seçilib, Azərbaycan İslam sivilizasiyasının tarixi-mədəni mərkəzlərindən biri olub. Təsadüfi deyil ki, Bakı şəhəri 2009-cu ildə İslam mədəniyyətinin paytaxtı elan edilib. Müsəlman dünyasının ayrılmaz parçası olan ölkəmizdə milli-dini mərasimlər, o cümlədən Ramazan bayramı xüsusi təntənə ilə qeyd olunur. Allah və din qarşısında vicdani borcunu ləyaqətlə yerinə yetirən və orucluğun sınaqlarından alnıaçıq çıxan vətəndaşlarımız bayram fərəhini məmnunluqla bölüşür, dövlətimizin, xalqımızın əmin-amanlığı və rifahı üçün diləklər edirlər. Ölkəmizin hər yerində Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin ölməz xatirəsi ehtiramla yad olunur. Bu mübarək Ramazan günlərində bütün xeyirxah niyyətlərinizlə həmrəy olduğumu bildirir, dualarınızın çin olmasını Uca Yaradandan arzu edirəm.
Əziz bacı və qardaşlarım!
Cəmiyyətimizdə dostluq, qardaşlıq və həmrəylik duyğularını daha da gücləndirən, insanların qəlbini və ruhunu ilahi hikmətlə nurlandıran mübarək Ramazan ayını hər il olduğu kimi, bu il də böyük qürur hissi və könül xoşluğu ilə yola salırıq. Bu əziz bayram günlərində bir daha hər birinizi səmimi qəlbdən təbrik edir, ailələrinizə firavanlıq, süfrələrinizə bol ruzi və bərəkət arzulayıram. Allah orucunuzu qəbul etsin!”
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR