Bank Of Baku

Azərbaycan prezidenti Qusarda Dövlət Bayrağı meydanı ilə tanış olub

Azərbaycan prezidenti Qusarda Dövlət Bayrağı meydanı ilə tanış olub
# 18 sentyabr 2009 16:14 (UTC +04:00)
Bakı - APA. Qusarda səfərdə olan prezident İlham Əliyev Dövlət Bayrağı meydanı ilə tanış olub. APA-nın məlumatına görə, Qusar şəhərinin girəcəyində ən yüksək yerdə inşa olunmuş Dövlət Bayrağı meydanının tikintisinə bu ilin mayında başlanılıb. Dəniz səviyyəsindən 689 metr yüksəklikdə yerləşən meydanda 65 metr hündürlüyündə dirəkdə Azərbaycan bayrağı dalğalanır.

Sonra prezidentə Samur-Həzrə yolunun plan-sxemi, Heydər Əliyev parkının və muzey kompleksinin eskiz layihəsi barədə məlumat verilib.

Dövlət başçısı Qusarın yol-nəqliyyat kompleksinin yenilənməsi, Heydər Əliyev parkı və muzey kompleksinin tikintisi ilə bağlı tapşırıq və tövsiyələrini verib.

Prezident İ. Əliyev Qusardakı Qanlı dərədə qələbə çalan Qusar və Quba qəhrəmanlarının şərəfinə ucaldılan abidənin açılışında da iştirak edib. Dövlət başçısı abidənin üzərindəki ağ örtüyü açıb.

Dövlət başçısı Qusar Mərkəzi Rayon Xəstəxanasının yeni binasında tikinti işlərinin gedişi ilə tanış də olub.

ARDNŞ-in dəstəyi ilə inşa olunan xəstəxana dördmərtəbəli bir əsas korpusdan və yeddi köməkçi binadan ibarət olacaq. Xəstəxana gələn il istifadəsinə veriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR