Bank Of Baku

DSK üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün kurslar başlayıb

DSK üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün kurslar başlayıb
# 23 sentyabr 2009 10:57 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. Bu gündən Dairə Seçki Komissiyalarının (DSK) üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar başlayıb. Mərkəzi Seçki Komissiyasının (MSK) mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, prezident İlham Əliyevin “Azərbaycan Respublikasında İnsan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında” sərəncamına uyğun olaraq keçirilən kurslar həftənin sonuna kimi davam edəcək.

İxtisaslaşdırılmış kursların keçirilməsində məqsəd sözügedən komissiya üzvlərinin seçki sahəsində maarifləndirmə işinin gücləndirilməsi, peşəkar hazırlığının artırılmasıdır. Kurslarda MSK-nın üzvləri, müvafiq şəhər, rayon icra hakimiyyətlərinin məsul işçiləri, rayon prokurorları, məhkəmə sədrləri mühazirələr oxuyacaq, DSK sədrləri seminarlar keçirəcəklər.

Qeyd edək ki, MSK bir müddət əvvəl DSK sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar keçirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR