Bank Of Baku

Açıq Cəmiyyət Partiyasının yeni sədri: “Zəminə Dünyamalıyevanın partiyadan çıxarılmasına ciddi ehtiyac vardı”

Açıq Cəmiyyət Partiyasının yeni sədri: “Zəminə Dünyamalıyevanın partiyadan çıxarılmasına ciddi ehtiyac vardı”
# 23 sentyabr 2009 13:34 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. “Zəminə Dünyamalıyevanın Açıq Cəmiyyət Partiyasından xaric olunmasına ciddi ehtiyac vardı. O, dəfələrlə Nizamnaməni pozub, partiyanın siyasi kursuna xələl gətirən fikirlər irəli sürüb”. Bunu APA-ya açıqlamasında Açıq Cəmiyyət Partiyasının (ACP) yeni sədri Vaqif Mahmudov deyib. Onun sözlərinə görə, bu onun şəxsi deyil, qərarın lehinə səs vermiş Ali Məclis üzvlərinin fikridir. V. Mahmudov Z. Dünyamalıyevanın partiyadan çıxarılması təklifinin ACP lideri Rəsul Quliyevdən gəlməsi barədə məlumatları təkzib edib. Onun sözlərinə görə, bu təklif Ali Məclisin üzvləri tərəfindən edilib.

V. Mahmudov partiyanın idarəetməsində, həmçinin, rəhbərliyində dəyişikliklərin olmayacağını qeyd edib. Partiya sədri digər partiyalarla əməkdaşlıqda maraqlı olduqlarını da deyib: “Amma biz əvvəldən qərar qəbul etmişik ki, heç bir bloka qoşulmayacağıq. Bununla bərabər, bir sıra məsələlərlə bağlı digər partiyalarla əməkdaşlıq etməyimiz mümkündür”. V. Mahmudovun sözlərinə görə, bu vaxta qədər müxalifətin yaratdığı blokların ortaya real nəticə qoymaması onların bloklara qoşulmamaq qərarını möhkəmləndirib.

ACP-nin yeni sədri onu da qeyd edib ki, partiya bu ilin sonunda keçiriləcək bələdiyyə seçkilərində iştirak etməyəcək.

Partiyadan çıxarılması ilə bağlı qərara münasibət öyrənmək üçün Z. Dünyamalıyeva ilə əlaqə saxlamaq mümkün olmayıb. Onun bir müddət Azərbaycandan kənarda olacağı bildirilib.

Onu da bildirək ki, Z. Dünyamalıyeva ACP-nin yaranmasında aktiv iştirak etmiş şəxslərdən olub və partiya liderinin müşaviri postunu tutub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR