Bank Of Baku

Sabah Azərbaycan XİN-in qarşısında etiraz aksiyası keçiriləcək

Sabah Azərbaycan XİN-in qarşısında etiraz aksiyası keçiriləcək
# 23 sentyabr 2009 15:08 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. Bakı şəhər İcra Hakimiyyəti (BŞİH) Demokratiya Uğrunda İttifaq (DUİ) və Qarabağ Azadlıq Təşkilatının (QAT) Xarici İşlər Nazirliyinin (XİN) binası qarşısında birgə aksiya keçirməsinə icazə verməyib. DUİ-yə üzv olan Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, şəhər rəhbərliyi qanuna müvafiq olaraq XİN-in binası qarşısında aksiya keçirilməsini mümkün saymayıb. Cavab məktubunda təşkilatçılara etirazın daha sivil formasının tapılması təklif olunub.

Buna baxmayaraq, DUİ və QAT sabah XİN-in binası qarşısında razılaşdırılmamış aksiya keçirməkdə israrlıdır. Saat 12.00-a təyin olunan aksiyada Dağlıq Qarabağ probleminin həlli ilə bağlı təklif olunan “Madrid prinsipləri”nə və Azərbaycan hakimiyyətinin bu prinsiplərlə bağlı mövqeyinə, həmçinin Ermənistan-Türkiyə sərhədlərinin açılmasına etiraz ifadə olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR