Bank Of Baku

Azərbaycan Xarici İşlər Nazirliyinin qarşısında etiraz aksiyası keçirilib - FOTOSESSİYA

Azərbaycan Xarici İşlər Nazirliyinin qarşısında etiraz aksiyası keçirilib - <font color=red>FOTOSESSİYA</font>
# 24 sentyabr 2009 09:20 (UTC +04:00)
APA-nın xəbərinə görə, polislər Bakı İcra Hakimiyyətinin icazə vermədiyi aksiyanın qarşısını almağa çalışıblar. Bu zaman millət vəkili Pənah Hüseynlə polislər arasında mübahisə yaranıb. Aksiyada iştirak edən bayraqdar Elman Türkoğlu isə polislər tərəfindən saxlanılıb. Aparılan danışıqlar nəticəsində aksiyanın keçirilməsinə və qətnamənin nazirliyə təqdim olunmasına şərait yaradılıb. Piketdə “Ya Qarabağ, ya istefa!”, “Rədd olsun Madrid prinsipləri!”, “Ümid sənədir ancaq, Azərbaycan əsgəri!” şüarları səslənib.

Qətnamədə Azərbaycan iqtidarından Dağlıq Qarabağ üzərində hakimiyyətin bərpası üçün əməli addımlar atılması, “Madrid prinsipləri” çərçivəsində danışıqlardan imtina olunması tələb edilir. Sənəddə, həmçinin, Türkiyə-Ermənistan sərhədlərinin açılmasına etiraz bildirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR