Bank Of Baku

Azərbaycanda keçiriləcək bələdiyyə seçkilərini müşahidə etmək üçün hələlik beynəlxalq təşkilatlara dəvət göndərilməyib

Azərbaycanda keçiriləcək bələdiyyə seçkilərini müşahidə etmək üçün hələlik beynəlxalq təşkilatlara dəvət göndərilməyib
# 24 sentyabr 2009 10:14 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. “Bu ilin sonunda Azərbaycanda keçiriləcək bələdiyyə seçkilərini müşahidə etmək üçün beynəlxalq təşkilatlara dəvət göndərmək Mərkəzi Seçki Komissiyasının qərarından asılı olacaq”. Bunu APA-ya açıqlamasında MSK-nın beynəlxalq əlaqələr şöbəsinin müdiri Rövzət Qasımov deyib. Onun sözlərinə görə, seçkilər elan olunmadığı üçün hələlik heç bir beynəlxalq təşkilata dəvət göndərilməyib. R. Qasımov seçkiyə dəvət olunmayan beynəlxalq təşkilatların müşahidə aparmasının mümkün olmadığını da qeyd edib.

Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin Azərbaycanda keçiriləcək bələdiyyə seçkilərini izləməklə bağlı qərarına gəldikdə, R. Qasımov bildirib ki, bundan xəbəri var: “Bu son qərar deyil. Sadəcə, qurum bələdiyyə seçkilərini izləməyi planına daxil edib. Bundan əlavə, Azərbaycan Avropa Şurasının üzvüdür və seçkilərin şəffaflığının təmin olunmasında maraqlıdır. Ola bilsin ki, konqresin nümayəndələri də bunu nəzərə alaraq, seçkiləri müşahidə etməyi plana daxil ediblər”.

R. Qasımov seçkilər elan olunduqdan sonra beynəlxalq təşkilatlara dəvət göndərmək məsələsinin MSK-da müzakirə olunacağını bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR