Bank Of Baku

Azərbaycan Milli Məclisinin payız sessiyasının ilk iclası sentyabrın 30-da keçiriləcək

Azərbaycan Milli Məclisinin payız sessiyasının ilk iclası sentyabrın 30-da keçiriləcək
# 24 sentyabr 2009 12:49 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Milli Məclisin payız sessiyasının ilk iclası sentyabrın 30-da keçiriləcək. Milli Məclisdən APA-ya daxil olan məlumata görə, payız sessiyasının ilk iclasından iki gün əvvəl, sentyabrın 28-də isə parlamentin yeni inşa edilən və deputatların fəaliyyəti üçün nəzərdə tutulan korpusunun açılışı olacaq. Payız sessiyası başlayana qədər isə qanunvericilik işləri planı təsdiqlənəcək.

Artıq payız sessiyasında müzakirə ediləcək qanun layihələrinin əksəriyyəti məlumdur. Müzakirə ediləcək məsələlər arasında “2010-cu ilin dövlət büdcəsi haqqında” qanun layihəsi ilə yanaşı, “Reproduktiv sağlamlıq və ailə planlaşdırılması haqqında”, “Ali təhsil haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında” qanun layihələri, “Prokurorluq haqqında” qanuna əlavə və dəyişikliklər, Rəqabət Məcəlləsi, Tikinti Məcəlləsi və digər sənədlər var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR