Bank Of Baku

Qarabağ və Respublika Uğrunda Hərəkat bələdiyyə seçkiləri ilə bağlı vahid mövqeyə gələ bilmir

Qarabağ və Respublika Uğrunda Hərəkat bələdiyyə seçkiləri ilə bağlı vahid mövqeyə gələ bilmir
# 24 sentyabr 2009 13:15 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Qarabağ və Respublika Uğrunda Hərəkatın toplantısı keçirilib. Hərəkatda təmsil olunan Ümid Partiyasının sədri İqbal Ağazadə APA-ya bildirib ki, iclasda BMT Baş Assambleyasının 63-cü sessiyası müzakirə olunub. Bundan başqa, qurum Türkiyə-Ermənistan sərhədlərinin açılması ilə bağlı müzakirələrdən narahat olduğunu bildirib. Hərəkat bununla bağlı bəyanatla çıxış edəcək.

Toplantıda bu ilin sonunda keçiriləcək bələdiyyə seçkiləri də müzakirə olunub. İ. Ağazadə bildirib ki, bu məsələdə hələlik ortaq mövqe yoxdur: “Ortada razılaşdırılmamış məqamlar, tərəfləri qane etməyən məsələlər var. Müzakirələr davam edir və iki həftə müddətində bu məsələlərə tam aydınlıq gətiriləcək. Hərəkatın birgə fəaliyyəti, seçkilərə birgə gedəcəyi, mövcud olub-olmayacağı növbəti toplantının müzakirə predmeti ola bilər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR