Bank Of Baku

Bakı şəhər İcra Hakimiyyəti BAXCP-nin ABŞ, Avropa Birliyi və ATƏT-in ofisləri qarşısında aksiya keçirməsinə icazə verməyib

Bakı şəhər İcra Hakimiyyəti BAXCP-nin ABŞ, Avropa Birliyi və ATƏT-in ofisləri qarşısında aksiya keçirməsinə icazə verməyib
# 24 sentyabr 2009 14:53 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sentyabrın 23-də ABŞ-ın Bakıdakı səfirliyinin, sentyabrın 24-də Avropa Birliyinin Bakı təmsilçiliyinin, sentyabrın 25-də isə ATƏT-in Bakı ofisinin qarşısında piket keçirməklə bağlı Bakı şəhər İcra Hakimiyyətinə (BŞİH) etdiyi müraciətə mənfi cavab verilib.

BAXCP-nin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, BŞİH müraciətin qanunda nəzərdə tutulduğu vaxtdan gec təqdim olunduğunu əsas gətirərək, sentyabrın 23-ə təyin edilmiş aksiya ilə bağlı müraciətə baxmayıb.

Eyni zamanda şəhər rəhbərliyi Avropa Birliyinin Bakı Ofisi və ATƏT-in Bakı Ofisinin binaları qarşısında planlaşdırılan aksiyaların keçirilməsini məqsədəuyğun hesab etməyib.

BAXCP rəhbərliyi BŞİH-nin bu cavabını qanunsuz addım kimi qiymətləndirib.

Bununla bərabər, partiya ABŞ səfirliyi qarşısında keçirmək istədiyi piketin qətnaməsini yayıb. Qətnamədə BAXCP ABŞ-ın işğalçı Ermənistana dəstək verməsini, məhz işğal faktına görə Ermənistanla sərhədləri bağlamış Türkiyəyə sərhədləri açmaq üçün təzyiqlər göstərməsini pisləyib. Partiya bildirib ki, ikili standartlı siyasətlə bölgədə sülhə nail olmaq mümkün deyil. Buna görə də ABŞ rəhbərliyi təcavüzkar dövləti himayə etməyə son qoymağa, İran və Rusiyanın yürütdüyü siyasətdən daha pis siyasət yürütməməyə çağırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR