Bank Of Baku

Belarus müxalifətinin lideri Asim Mollazadəyə dəvət göndərib

Belarus müxalifətinin lideri Asim Mollazadəyə dəvət göndərib
# 24 sentyabr 2009 23:23 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Belarusun “Azadlıq uğrunda” hərəkatının lideri Aleksandr Milinkeviç Demokratik İslahatlar Partiyasının (DİP) sədri Asim Mollazadəni Belarus Avropa Forumuna dəvət edib.

DİP-in mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, Milinkeviç dəvət məktubunda forumun Belarusun inkişafının Avropa istiqamətini gücləndirmək və ölkənin Avropa yönümlü qüvvələrinin potensialının birləşdirilməsinə dəstək vermək məqsədi daşıdığını qeyd edib. A.Mollazadənin Avropa dəyərlərinin tanıdılmasında və post-totalitar ölkələri bu dəyərlər sisteminə həvəsləndirməkdə verdiyi töhfələri yüksək qiymətləndirən A.Milinkeviç Belarusun demokratiya, müstəqillik və Avropa seçimi ideyalarını bölüşən insanları foruma dəvət etdiyini qeyd edib.

Qeyd edək ki, forumun keçirilməsində məqsəd Belarus və Avropa İttifaqı arasında dialoqun başlanması, ölkənin “Şərq tərəfdaşlığı” təşəbbüsündə iştirakı, Belarusu azad millətlərin Avropa ailəsinə qaytarmaq üçün açılan yeni imkanları dəyərləndirməkdir. Foruma qeyri-hökumət təşkilatlarının və siyasi partiyaların nümayəndələri, ekspertlər, hökumət üzvləri, Avropa İttifaqı ölkələrindən olan diplomatik missiya rəhbərləri, Avropa parlamentinin sədri Yeji Buzek və üzvləri, həmçinin tanınmış Avropa siyasətçiləri dəvət olunublar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR