Bank Of Baku

“Milli Məclisə dəstək” tvinninq layihəsinin təqdimatı keçirilib

“Milli Məclisə dəstək” tvinninq layihəsinin təqdimatı keçirilib
# 25 sentyabr 2009 11:46 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev-APA. Bu gün Milli Məclisdə (MM) “Milli Məclisə dəstək” tvinninq layihəsinin təqdimatı keçirilib. APA-nın xəbərinə görə, layihə barədə MM-in sədr müavini Valeh Ələsgərov məlumat verib. Vitse-spiker deyib ki, layihə Avropa İttifaqı ilə Azərbaycan arasında “Avropa qonşuluq siyasəti” planı çərçivəsində həyata keçirilir. Layihənin əsas məqsədi Azərbaycanda demokratiyanın möhkəmləndirilməsi və qanunun aliliyinin təmin olunmasıdır. Onun sözlərinə görə, layihə çərçivəsində Avropa strukturlarına inteqrasiya asanlaşacaq.

Layihənin həyata keçirilməsində Avropa İttifaqı tərəfindən tərəfdaş ölkə kimi seçilən Litva Seyminin sədr müavini Çaslovas Srtankeviçus çıxış edərək bildirib ki, Litva ilə Azərbaycanı bir-birinə bağlayan çox məqamlar var: “Litva artıq öz qanunvericiliyini Avropa standartlarına uyğunlaşdıraraq Avropa İttifaqına qəbul olunub. Biz Azərbaycan qanunvericiliyinin də Avropa qanunvericiliyinə uyğunlaşdırılması üçün əlimizdən gələni edəcəyik”.

MM Aparatının rəhbəri Səda Mirzəyev isə deyib ki, layihə üzrə fəaliyyətə bu aydan başlanıb. O bu yöndə bir çox tədbirlər keçiriləcəyini, layihənin 24 ay ərzində başa çatacağını deyib.

Qeyd edək ki, layihənin büdcəsi 950 min avro təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR