Bank Of Baku

Vətəndaş Həmrəyliyi Partiyasının 17 yaşı tamam olur

Vətəndaş Həmrəyliyi Partiyasının 17 yaşı tamam olur
# 25 sentyabr 2009 12:09 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) təsis olunmasının 17-ci ili tamam olur. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, VHP-nin təsis qurultayı 1992-ci il sentyabrın 26-da keçirilib. Qurultayda Sabir Rüstəmxanlı partiyanın sədri seçilib.

Hazırda partiyanın 78 rayon təşkilatı və 26 mindən artıq üzvü var. Ötən müddət ərzində VHP 4 qurultay, 2 qurultay səlahiyyətli konfrans keçirib. Partiya, həmçinin, 3 parlament, 2 bələdiyyə, 1 prezident seçkilərində öz namizədləri ilə iştirak edib.

Hazırda VHP bələdiyyələrdə 374 nəfər, parlamentdə isə 3 deputatla təmsil olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR