Bank Of Baku

Sərdar Cəlaloğlu: “Ümid Partiyası Qarabağ və Respublika Uğrunda Hərəkatdan çıxsa, biz də çıxacağıq”

Sərdar Cəlaloğlu: “Ümid Partiyası Qarabağ və Respublika Uğrunda Hərəkatdan çıxsa, biz də çıxacağıq”
# 25 sentyabr 2009 13:16 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. Ümid Partiyası Qarabağ və Respublika Uğrunda Hərəkatdan çıxarsa, Azərbaycan Demokrat Partiyası (ADP) da hərəkatdan çıxacaq. Bu barədə APA-ya açıqlamasında ADP sədri Sərdar Cəlaloğlu məlumat verib. Onun sözlərinə görə, hərəkat artıq xeyli müddətdir, mövcuddur və buradakı insanlar müəyyən mənada ümumi dil tapıblar. S. Cəlaloğlu bu əməkdaşlığın başlanğıcında qoyulmayan və indiki məqamda hərəkatı pozan bir şərtin ortaya çıxdığını bildirir: “5 partiya birləşib 6-cı bir partiyanın maraqlarını nəzərə almadan şərt qoyursa, bu məsələdə kimlərləsə həmrəy olmaq, susmaq, məncə mənəvi əxlaqsızlıqdır. Ona görə də mən iclasda öz qəti mövqeyimi bildirmişəm ki, Müsavat Partiyasının Ümid Partiyası qarşısında belə bir şərt qoymasının nə siyasi, nə mənəvi, nə də hüquqi əsası var. Əgər ortada Müsavat və ya Ümid partiyaları arasında seçim məsələsi olacaqsa, mən Azərbaycan Demokrat Partiyasının mövqeyini ifadə edirəm ki, bu hərəkatda qala bilmərik. Çünki mənəvi-əxlaqi dəyərlər qorunmursa, qarşılıqlı etimad yoxdursa, biri-birinin maraqlarına zərbə vurmaq barədə düşünülürsə, orada yoldaşlıq etməyin nə mənası var?”

S. Cəlaloğlu hərəkatın fəaliyyətinin davam etməsində maraqlı olduğunu, buna görə də Müsavat Partiyasının öz şərtindən geri çəkilməsini vacib sayıb: “Bu təklif ona gətirib çıxarar ki, hərəkat parçalanacaq, dağılacaq və faktiki olaraq, bələdiyyə seçkiləri boykot olunacaq. Çünki bu hərəkat dağılandan sonra seçkilərdə iştirak etmək mümkün olmayacaq. Ona görə də mənə elə gəlir ki, bu, həm də seçkilərin boykot olunmasına hesablanmış bir addımdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR