Azərbaycan Milli Məclisinin yeni korpusu istifadəyə verilib
Məlumat verilib ki, 2007-ci il noyabrın 3-də Milli Məclisin deputatlarının iş şəraitinin daha da yaxşılaşdırılması məqsədi ilə yeni korpusun təməli qoyulub. Dövlət başçısının göstərişi ilə inşa olunan onbeşmərtəbəli yeni korpusun inşası vaxtından əvvəl başa çatdırılıb. Binanın inşası zamanı milli ornamentlərdən geniş istifadə olunub. Korpusun fasadı Yaponiyadan gətirilmiş alkaponla üzlənib. İlk üç mərtəbə qranit tipli, qalan hissə isə metallik rəngli alkaponla örtülüb. Bu da yeni inzibati binanı parlamentin əsas binasının və digər korpusunun ümumi görünüşünə uyğunlaşdırıb. Yeni inzibati binada sürətli liftlər quraşdırılıb. Bina bütünlüklə müasir sistemlərin köməyi ilə havalandırılacaq.
Yeni korpus parlamentin əsas binasının foyesi ilə birləşdirilib. Birinci mərtəbədə korpusları əlaqələndirən şüşəli salon var. Salonda quraşdırılan monitordan MM-in geniş iclaslarını izləmək mümkündür. Birinci mərtəbədə MM-in arxivinin saxlanması üçün hər cür şərait yaradılıb, yanğından mühafizə və müasir havalandırma sistemi quraşdırılıb.
Binanın ikinci mərtəbəsi müasir kitabxana üçün nəzərdə tutulub.
Kompüterləşdirilmiş iki oxu zalı olan yeni kitabxanada 100 mindən çox kitab və 2000 qovluğun saxlanması üçün xaricdən zəruri avadanlıq gətirilib.
İkinci mərtəbədə MM-in komitə iclaslarının və müxtəlif görüşlərin keçirilməsi üçün üç salon, üçüncü mərtəbədə isə komitələrin birgə iclaslarının, həmçinin ayrı-ayrı görüşlərin keçirilməsini nəzərdə tutan böyük iclas salonu var. Böyük salonda tədbirlərin sinxron tərcüməsi, videoçəkilişlərin aparılması üçün müasir avadanlıq quraşdırılıb. Bundan əlavə, üçüncü mərtəbədə 13 xidməti otaq var. Bu mərtəbədən də Milli Məclisin əsas binasına və keçmiş deputat korpusuna keçid inşa olunub.
Yeni korpusun qalan mərtəbələri isə bütünlüklə deputatlar üçün nəzərdə tutulub. On dörd otaqdan ibarət hər mərtəbədə bir komitə yerləşəcək. Əvvəlki korpusdan fərqli olaraq, bir otaqdan iki-üç deyil, bir deputat istifadə edəcək.
Şüşə ilə əhatələnən 15-ci mərtəbədə böyük tədbirlərin və müxtəlif mərasimlərin keçirilməsi üçün geniş salon var.
MM-in yeni korpusunun nəinki MDB məkanında, hətta bir sıra inkişaf etmiş ölkələrdə belə analoqu yoxdur.
Bina ilə tanışlıqdan sonra prezident İ. Əliyev və xanımına parlamentarizmin inkişafında və parlamentlərarası əlaqələrin möhkəmləndirilməsində müstəsna xidmətlərinə görə Azərbaycan Respublikası Milli Məclisinin Fəxri medalı təqdim edilib.
Prezident İ. Əliyev MM-in yeni korpusunun inşasını, burada yaradılan şəraiti yüksək qiymətləndirib və qanunverici orqanın işinə uğurlar arzulayıb.
Daxili siyasət
Ziyafət Əsgərov: Prezidentin Şuşa Forumunda "Biz yalnız özümüzə güvənə bilərik" çağırışı dövlətçilik strategiyasının əsas prinsipidir
Milli Məclisin növbədənkənar sessiyası başa çatıb
Milli Məclisin növbədənkənar sessiyasının son iclası başlayıb
Milli Məclisin növbədənkənar sessiyasının son iclasının tarixi və gündəliyi açıqlanıb - YENİLƏNİB
Xəbər Lenti
Almaniya sənayesində ötən il 177 min iş yeri ixtisar edilib
Zelenski: Yaxın Şərq ölkələri ilə açıqlanmayan razılaşmamız var
Ukrayna dronlarının hücumundan sonra Rusiyanın iri neft-kimya zavodu fəaliyyətini dayandırıb
Rusiya Ukraynaya ballistik raketlərlə hücum edib, Kiyevdə güclü partlayışlar olub
"Qalatasaray" Mauro İkardi ilə yollarını ayırıb
DÇ-2026: Argentina yarımfinala yüksəlib
Vens: İsraildə ABŞ-İran müharibəsinin uzanmasını istəyən qüvvələr var
Tramp: İrana qarşı zərbələrin genişləndirilməsi ilə bağlı son tarix müəyyən etməmişəm
Vens: ABŞ İranda hakimiyyəti dəyişmək üçün quru əməliyyatı keçirməyəcək
Küveyt İranın raket və PUA-larını zərərsizləşdirdiyini açıqlayıb
İranın üç şəhərində partlayışlar baş verib
ABŞ İrana qarşı növbəti zərbə dalğasına başlayıb
Qalibaf: ABŞ-la memorandumun şərtlərinə əməl etmək üçün əsas görmürük
Zelenski: Rusiya ballistik raketlərinə qarşı üç istiqamətdə işləyirik
Bakının 5 küçəsində hərəkət məhdudlaşdırılacaq
Aİ Rusiyaya qarşı 21-ci sanksiyalar paketini yenə təsdiqləyə bilməyib
Qalibaf: ABŞ İranı zəiflətməyə və parçalamağa çalışır
Euronews: IV Şuşa Qlobal Media Forumunda jurnalistikanın gələcəyi müzakirə olunub - VİDEO
Şəmkirdə iki avtomobil toqquşub, üç nəfər xəsarət alıb - FOTO
Merz ABŞ-ı Almaniyadakı seçkilərə müdaxilə etməməyə çağırıb
ABŞ xarici yardımlarda özəl investisiyalara üstünlük vermək istəyir
Prezidentin Şuşa Forumunda bəyanatı ciddi siqnaldır, indi seçim Avropa Şurasınındır - RƏY
Bəqai: İran hazırda ABŞ ilə danışıqlar aparmağı planlaşdırmır
Mərdəkanda 22 yaşlı oğlan dənizdə batıb
ABŞ Rusiya və İranda bir sıra qurum və şəxslərə sanksiya tətbiq edib
ABŞ İranın Henqam adasına zərbələr endirib
Samuxda 7-si azyaşlı olmaqla 10 nəfər zəhərlənib, araşdırma aparılır- YENİLƏNİB-1
Tramp: İsrailin Livan və Suriyadan çıxması yaxşı olardı
Türkmənistan Prezidenti Gürcüstana səfər edəcək
Milli Məclisin sədri Slovakiya Prezidenti ilə görüşüb
Slovakiya Prezidentinin Azərbaycana səfəri başa çatıb
Rusiya XİN: Ukraynadakı xarici hərbi kontingentlər qanuni hədəf olacaq
Slovakiya Prezidenti “Sea Breeze”lə tanış olub
“AzerGold” QSC IV Şuşa Qlobal Media Forumunda təmsil olunub - FOTO
CENTCOM: İrana tətbiq olunan blokadanı yarmağa çalışan iki gəmi istiqamətini dəyişib
ADA Universitetinin dekanı Balaxanı neftçiləri ilə konstitusiya hüquq və azadlıqları ilə bağlı müzakirə keçirib
Azərbaycan və Rusiya XİN rəhbərləri Moskvada danışıqlar aparacaq
Şirkətin 1,4 milyon manatını mənimsəməkdə təqsirləndirilən dəstə üzvlərinə hökm oxunub
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
ƏƏSMN: İcbari tibbi sığorta üzrə xidmətlər tam rəqəmsallaşdırılır
Birbank Invest: investisiyaya aparan rəqəmsal yol
İranın xarici işlər naziri Qətərə gedib
DPA: Drezdendə silahlı şəxs polislərə atəş açıb
Tramp Rusiyanın yaxın zamanda Ukrayna ilə razılaşma əldə etməyə hazır olduğunu bildirib
Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydasına dəyişiklik edilib
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin vəzifələri artırılıb
CENTCOM: 90 dəqiqəlik əməliyyatda İranın Böyük Tonb adasında hərbi obyektlər hədəfə alınıb - YENİLƏNİB
İnsan alverinə qarşı mübarizəyə dair 2026–2030-cu illər üçün Milli Fəaliyyət Planı təsdiq edilib - SƏRƏNCAM
Azərbaycanın neft məhsullarının ixracından gəlirləri 2,7 dəfə artıb
TRIPP fonduna rus əsilli amerikalı investor rəhbər təyin edilib