Bank Of Baku

Heydər Əliyevin xatirəsinə ithaf edilmiş xatirə medalyonunun təqdimatı keçirilib - FOTOSESSİYA

Heydər Əliyevin xatirəsinə ithaf edilmiş xatirə medalyonunun təqdimatı keçirilib - <font color=red>FOTOSESSİYA</font>
# 25 sentyabr 2009 16:54 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Bu gün Beynəlxalq Muğam Mərkəzində ümummilli lider Heydər Əliyev xatirəsinə ithaf edilmiş xatirə medalyonunun təqdimatı keçirilib. APA-nın məlumatına görə, xatirə medalyonları “Mayer Mint” şirkəti tərəfindən istehsal edilib. Şirkətin rəhbəri Bernard H. Mayer bildirib ki, bir il əvvəl rəhbərlik etdiyi şirkət dünyanın, xüsusən də Şərqi Avropa, keçmiş Sovetlər Birliyi və Qafqaz regionunun siyasi həyatında böyük rol oynamış Heydər Əliyevin adının əbədiləşdirilməsi üçün onun xatirə medalyonlarını buraxmağı qərarlaşdırıb və bunun üçün Heydər Əliyev Fondundan rəsmi icazə alıb. Bernard H. Mayer bildirib ki, şirkətinin istehsal etdiyi xatirə medalyonları dünyanın 160-dan artıq ölkəsinə yayılıb. Heydər Əliyevin şərəfinə istehsal edilmiş medalyonlar da həmin medalyonlar sırasına daxil olacaq və dünyanın bir çox ölkələrində kolleksiya həvəskarlarına təqdim ediləcək.

Qeyd edək ki, 1871-ci ildə Almaniyada Bernard Henrih Mayer tərəfindən əsası qoyulan “Mayer Mint” şirkətinin istehsal etdiyini xatirə medalyonları arasında Mahatma Qandi, Tereza ana, ABŞ-nın keçmiş prezident Con Kennedi, şahzadə Diana, Kral Martin Lüter kimi dünya liderlərinin şərəfinə yüksək əyarlı qızıldan və digər qiymətli metallardan hazırlanmış medalyonlar da var. Bu cür medalyonlar müvafiq dövlət orqanlarının xüsusi icazəsi ilə istehsal edilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR