Bank Of Baku

Respublika Çağırış Komissiyasının tərkibi təsdiqlənib

Respublika Çağırış Komissiyasının tərkibi təsdiqlənib
# 25 sentyabr 2009 16:55 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Nazirlər Kabineti “2009-cu ilin oktyabrın 1-dən 30-dək Azərbaycan Respublikası vətəndaşlarının həqiqi hərbi xidmətə çağırışı üzrə Respublika Çağırış Komissiyasının tərkibi”ni təsdiq edib. Bu barədə APA-ya Nazirlər Kabinetindən məlumat verilib.
Qərarla Respublika Çağırış Komissiyası və Naxçıvan Muxtar Respublikasının Çağırış Komissiyasına vətəndaşların Silahlı Qüvvələr və qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrə həqiqi hərbi xidmətə çağırışını qanunvericiliyin tələblərinə uyğun olaraq həyata keçirilməsini təmin etmək tapşırılıb. Qərarın bəzi bəndləri məxfi saxlanılsa da, hökumətin qərarı ilə Müdafiə, Səhiyyə, Daxili İşlər, Nəqliyyat, Maliyyə nazirlikləri və yerli icra hakimiyyəti orqanları vətəndaşların həqiqi hərbi xidmətə çağırılmasını təmin etmək üçün nəzərdə tutulmuş aidiyyəti tədbirlər görməlidirlər.
Nazirlər Kabinetinin qərarı ilə Respublika Çağırış Komissiyasına respublikanın hərbi komissarı, general-leytenant Əliağa Hüseynov sədr, Dövlət Sərhəd Xidmətinin rəis müavini, general-mayor Məhəmməd Abbasquliyev müavin təyin olunub.
Nazirlər Kabinetinin qərarına əsasən Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti də Muxtar Respublika Çağırış Komissiyasının tərkibini təsdiq etməlidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR