Bank Of Baku

Mətləb Mütəllimli Avropa Şurası baş katibinin Azərbaycandakı xüsusi nümayəndəsi ilə görüşüb

Mətləb Mütəllimli Avropa Şurası baş katibinin Azərbaycandakı xüsusi nümayəndəsi ilə görüşüb
# 25 sentyabr 2009 17:52 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Azadlığın və Sülhün Müdafiəsi (ASM) Beynəlxalq Hüquq Təşkilatının sədri Mətləb Mütəllimli Avropa Şurası baş katibinin Azərbaycandakı xüsusi nümayəndəsi Veronika Kotek ilə görüşüb.

Təşkilatın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, görüşdə Azərbaycanda insan hüquqlarını vəziyyəti, uşaq hüquqları müzakirə edilib, AŞ nümayəndəsinə qurumun fəaliyyəti ilə bağlı məlumat verilib. M.Mütəllimli siyasi məhbus adlanan bir qrup şəxsin zəruri tibbi yardımdan məhrum olduğunu qeyd edib. Digər məhbusların da müxtəlif xəstəliklərin daşıyıcıları olduğunu deyən təşkilat sədri həkim komissiyasının iştirakı ilə siyasi məhbusların müalicəsi, müayinəsi təşkil edilməsi təklifini irəli sürüb.

V.Kotek isə öz növbəsində Azərbaycan cəmiyyətindəki vəziyyətlə yaxından tanış olduğunu və cəmiyyətin demokratikləşməsi istiqamətində Azərbaycan hökuməti ilə əməkdaşlıq etdiklərini bildirib. O, siyasi məhbusların AŞ-nin müvafiq qurumlarının qərarı əsasında müayinə və müalicə olunması məsələsinin həlli mexanizminin olmadığını qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR