Bank Of Baku

İsa Qəmbər: “Kimlərsə Müsavatın seçki komissiyalarında iştirakdan imtina təklifi ətrafında spekulyasiyalar, cığallıqlar edir” - FOTO

İsa Qəmbər: “Kimlərsə Müsavatın seçki komissiyalarında iştirakdan imtina təklifi ətrafında spekulyasiyalar, cığallıqlar edir” - <font color=red>FOTO</font>
# 26 sentyabr 2009 11:03 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Bu gün Müsavat Partiyası Məclisinin növbəti iclası keçirilib. APA-nın məlumatına görə, iclasın gündəliyinə yeni seçilmiş rayon təşkilatlarının sədrlərinin Məclis üzvü səlahiyyətinin təsdiqi, bələdiyyə seçkilərinə hazırlıq, 2010-cu il partiyanın fəaliyyət proqramı, ictimai-siyasi vəziyyətlə bağlı partiya başqanının məruzəsi daxil edilib. Partiyanın Seçki Departamentinin rəhbəri Gülağa Aslanlı bildirib ki, bu ilin sonunda keçiriləcək bələdiyyə seçkilərinə hazırlıqla bağlı Müsavat Məclisinin may ayında keçirilən iclasında qərar qəbul edilib və bu hazırlıq davam edir. Onun sözlərinə görə, partiya ölkədəki bələdiyyələrin ən azı yarısından çoxundan namizəd irəli sürmək fikrindədir.

Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı partiyanın 2010-cu il fəaliyyət planı barədə Məclis üzvlərinə məlumat verilib. Planda partiyanın 2010-cu ildə keçiriləcək parlament seçkilərində iştirakı, söz və mətbuat azadlığı, sərbəst toplaşmaq azadlığının bərpası, seçki komissiyalarının paritet əsaslarla formalaşdırılması, parlament və bələdiyyə seçkilərində proporsional seçki sisteminin tətbiqi, şəhər və rayon bələdiyyələrinin sədrlərinin seçki yolu ilə müəyyən edilməsi, siyasi partiyaların dövlət büdcəsindən maliyyələşməsi, Azərbaycanın parlamentli respublikaya keçidi üçün təkliflərin hazırlanıb ictimai müzakirəyə çıxarılması əksini tapıb.

Partiya başqanı İsa Qəmbər isə ölkədəki ictimai-siyasi vəziyyətlə bağlı məruzə ilə çıxış edib. O, ölkədə bir nömrəli məsələ kimi Qarabağ münaqişəsinin nizamlanmasının aktuallığını saxladığını bildirib. İ. Qəmbər hakimiyyətin münaqişənin həlli ilə bağlı təklif olunan “Madrid prinsipləri”ni uğur kimi təqdim etməsinə diqqət çəkib: «Halbuki bu prinsiplər Dağlıq Qarabağın hüquqi cəhətdən itirilməsinə yol açır». İ. Qəmbər bu ilin sonunda keçiriləcək bələdiyyə seçkilərində müxalifətin birgə iştirakı məsələsinə də toxunub: «Biz Müsavat olaraq seçki komissiyalarında iştirakdan imtina etmişik. Bununla, beynəlxalq təşkilatları da seçki komissiyalarının paritet əsaslarla formalaşdırılması işində daha aktiv olmasına sövq etməyi düşünürük. Amma kimlərsə bu fikirlər ətrafında spekulyasiyalar, cığallıqlar edir. Bu isə doğru deyil. Qarabağ və Respublika Uğrunda Hərəkata daxil olan partiyaların bələdiyyə seçkilərində birgə iştirakı Müsavat Partiyasının təklifidir və düşünürəm ki, belə də olacaq».

İclasda məruzələr ətrafında fikir mübadiləsi aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR