Bank Of Baku

30 saylı I Suraxanı Seçki Dairəsinin 13 saylı seçki məntəqəsinin sabiq üzvü həbs edilib

30 saylı I Suraxanı Seçki Dairəsinin 13 saylı seçki məntəqəsinin sabiq üzvü həbs edilib
# 28 sentyabr 2009 08:57 (UTC +04:00)
Bakı. Hafiz Heydərov. Elnur Məmmədov-APA. Mərkəzi Seçki Komissiyasının 30 Saylı I Suraxanı Seçki Dairəsinin 13 saylı seçki məntəqəsinin sabiq üzvü həbs edilib. Bu barədə APA-ya Suraxanı rayon Polis İdarəsindən (RPİ) məlumat verilib.

1964-cü il təvəllüdlü Rüstəmov Zəki Pənah oğlu uzun müddət axtarışda olub. O, Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) və 320-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə təqsirli bilinir. Z. Rüstəmov Suraxanı RPİ-nin 32-ci Polis Bölməsi əməkdaşlarının Quba Rayon Polis Şöbəsi ilə birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutularaq istintaqa təhvil verilib. Onun 30 Saylı I Suraxanı Seçki Dairəsinin 13 saylı seçki məntəqəsinin sabiq üzvü olduğu bildirilib.

30 Saylı Suraxanı Birinci Seçki Dairəsindən isə APA-ya bildirib ki, Z. Rüstəmov 2006-cı ilədək məntəqə üzvü olub. Z. Rüstəmovun partiya mənsubluğu açıqlanmasa da, onun müxalifəti təmsil etdiyi bildirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR