Bank Of Baku

Qarabağ və Respublika Uğrunda Hərəkata daxil olan partiyaların hazırladığı Seçki Məcəlləsinə əlavə və dəyişikliklərlə bağlı qanun layihəsi parlamentə təqdim edilib

Qarabağ və Respublika Uğrunda Hərəkata daxil olan partiyaların hazırladığı Seçki Məcəlləsinə əlavə və dəyişikliklərlə bağlı qanun layihəsi parlamentə təqdim edilib
# 28 sentyabr 2009 09:53 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Qarabağ və Respublika Uğrunda Hərəkata daxil olan siyasi partiyalar tərəfindən hazırlanmış Seçki Məcəlləsinə əlavə və dəyişikliklərlə bağlı qanun layihəsi parlamentə təqdim edilib. Bu barədə APA-ya “Müsavat” deputat qrupuna daxil olan millət vəkili Arzu Səmədbəyli məlumat verib. Onun sözlərinə görə, deputat qrupu qanun layihəsinin parlamentin payız sessiyasında müzakirəyə çıxarılmasına çalışacaq. Millət vəkili bundan əvvəl “Müsavat” deputat qrupunun da qanuna əlavə və dəyişikliklərlə bağlı parlamentə qanun layihəsi təqdim etdiyini, lakin bu layihənin müzakirəyə çıxarılmadığını deyib: “Hazırda təqdim olunan layihə isə prinsipial olaraq əvvəlki layihədən fərqlənmir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR