Bank Of Baku

Qazaxıstan parlamentinin sədri “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ilə tanış olub

Qazaxıstan parlamentinin sədri “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ilə tanış olub
# 28 sentyabr 2009 11:07 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev-APA. Qazaxıstan parlamentinin sədri Oral Muxamedjanovun başçılıq etdiyi nümayəndə heyəti “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunda olub. APA-nın məlumatına görə, gəzinti zamanı qonaqlara dünya şəhərsalma sənətinin nadir nümunəsi, YUNESKO-nun “Dünya İrsi Siyahısı”na daxil edilən “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu, habelə burada aparılan son təmir, abadlaşdırma və bərpa işləri barədə ətraflı məlumat verilib. Qonaqlar “Şirvanşahlar Sarayı” kompleksi, Qız Qalası, Muğam Teatrı və digər abidlərlə də tanış olublar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR