Bank Of Baku

“Müsavat” deputat qrupunun hazırladığı qanun layihələrinin heç biri payız sessiyasının qanunvericilik işləri planına daxil edilməyib

“Müsavat” deputat qrupunun hazırladığı qanun layihələrinin heç biri payız sessiyasının qanunvericilik işləri planına daxil edilməyib
# 28 sentyabr 2009 12:01 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. “Müsavat” deputat qrupunun bu vaxta qədər təqdim etdiyi qanun layihələrinin heç biri parlamentin payız sessiyasının qanunvericilik işləri planına daxil edilməyib. Bu barədə APA-ya deputat qrupunun üzvü Arzu Səmədbəyli məlumat verib. O, indiyə qədər bir neçə qanun layihəsi, həmçinin mövcud olan qanunlara əlavə və dəyişikliklərlə bağlı layihələr hazırlayaraq parlamentə təqdim etdiklərini deyib. A. Səmədbəyli payız sessiyasında da bir neçə yeni layihə təqdim edəcəklərini açıqlayıb: “Biz həmin qanun layihələrinin gündəliyə daxil edilməsində israrlı olacağıq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR