Bank Of Baku

ADP Qarabağ və Respublika Uğrunda Hərəkat daxilində baş verən qarşıdurmalardan narahatdır

ADP Qarabağ və Respublika Uğrunda Hərəkat daxilində baş verən qarşıdurmalardan narahatdır
# 28 sentyabr 2009 13:13 (UTC +04:00)
Bakı. Elnur Məmmədli-APA. Azərbaycan Demokrat Partiyası (ADP) Qarabağ və Respublika Uğrunda Hərəkat daxilində baş verən qarşıdurmalardan narahat olduğunu bildirib. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, ADP İdarə Heyətinin bu gün keçirilən iclasında hərəkat daxilində baş verən proseslər müzakirə edilib. Partiya rəhbərliyi bu cür fikir ayrılıqlarının mətbuatda müzakirəsinin ziyanlı olduğunu və yaranmış vəziyyətin ictimaiyyətdə narahatçılıq doğurduğunu bildirib. Buna görə də İdarə Heyəti hərəkata daxil olan partiyaların rəhbərlərinə müraciət edərək, onları müxalifətin birliyinə xələl gətirən addımlar atmamağa, qarşılıqlı kompromislər yolunu davam etdirməyə, bu hərəkatla bağlı yaranmış ictimai rəyi nəzərə almağa və nəhayət bu birliyi ümumi məqsədlərə çatanadək qoruyub saxlamaq üçün səy göstərməyə çağırıb. İdarə Heyətinin iclasında bələdiyyə seçkilərinə hazırlıqla bağlı məsələ də müzakirə edilib və qurumun növbəti iclasında bu məsələ ilə bağlı son qərarın verilməsi qərarlaşdırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR