Bank Of Baku

BAXCP Elmar Məmmədyarovun BMT-dəki çıxışını pisləyib

BAXCP Elmar Məmmədyarovun BMT-dəki çıxışını pisləyib
# 28 sentyabr 2009 13:16 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin növbəti toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, toplantıda partiyanın bələdiyyə seçkilərinə hazırlığı müzakirə olunub. İH üzvləri xarici işlər naziri Elmar Məmmədyarovun BMT Baş Assambleyasının 64-cü sessiyasındakı çıxışına da münasibət bildiriblər. Onlar nazirin çıxışının prinsipial olmadığını önə çəkərək bunu pisləyiblər. BAXCP hesab edir ki, Azərbaycan xarici işlər nazirinin Moskva Bəyannaməsindən sonra Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həllinə ümidlərin olduğu barədə fikirləri beynəlxalq birliyin sakitləşdirilməsinə, təcavüzkar Ermənistana münasibətdə daha loyal mövqe sərgilənməsi üçün zəmin yaradılmasına xidmət edir.

İH üzvləri Türk Dövlətləri Parlament Assambleyasının Bakıda keçirilən toplantısına da toxunaraq assambleyanın yaranması və fəaliyyətə başlamasının mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıblar. BAXCP Azərbaycan və Türkiyə hökumətlərinə müraciət də ünvanlayıb. Partiya bu fikirdədir ki, hazırda regionda mövcud olan bir çox problemlərin həlli Azərbaycan, Türkiyə və Gürcüstanın birgə əməkdaşlığından keçir, buna görə də hər üç dövlət Avropa Birliyi modeli əsasında bir qurumda birləşməlidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR