Bank Of Baku

Ədalət Partiyası bələdiyyə seçkilərində iştirak barədə qərar qəbul edib

Ədalət Partiyası bələdiyyə seçkilərində iştirak barədə qərar qəbul edib
# 28 sentyabr 2009 13:54 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. Ədalət Partiyası bu ilin sonunda keçirilək bələdiyyə seçkilərində iştirak barədə qərar qəbul edib. Partiya sədrinin müavini Mütəllim Rəhimlinin APA-ya verdiyi məlumata görə, Ali Məclisin şənbə günü keçirilən iclasında bələdiyyə seçkilərində heç bir seçki və siyasi bloka qoşulmadan bələdiyyə seçkilərdə iştirak nəzərdə tutulub. İclasda, həmçinin, partiyanın rayon təşkilatlarına seçkilərə hazırlıq və namizədlərin irəli sürülməsi barədə tapşırıq verilib.

M. Rəhimli onu da qeyd edib ki, partiya şəklində seçkilərdə iştirak etmək üçün tələb olunan sənədlərin sayı çox olduğu üçün Məclisin iclasında üzvlərin fərdi olaraq öz namizədliklərini irəli sürməsi barədə təkliflər səslənib: “Partiya adından bir nəfərin namizədliyinin irəşli sürülməsi üçün 8 sənəd tələb olunur. Bu sənədlərin hazırlanması üçün isə bəzən bir neçə yerdən arayış almaq, notariusda rəsmiləşdirməyə ehtiyac yaranır. Ona görə də seçkilərdə üzvlərimizin namizədliyinin partiya tərəfindən irəli sürülməsi məsələsi hələlik açıq qalır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR