Bank Of Baku

İsa Qəmbər Brüsseldə keçiriləcək tədbirə dəvət edilib

İsa Qəmbər Brüsseldə keçiriləcək tədbirə dəvət edilib
# 28 sentyabr 2009 14:02 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Müsavat Partiyasının başqanı İsa Qəmbər Avropa Birliyinin “Şərq tərəfdaşlığı” proqramı çərçivəsində AB və Cənubi Qafqaz ölkələrinin münasibətlərinə həsr olunmuş tədbirə dəvət edilib. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, Müsavat Divanının bu gün keçirilən iclasında toplantının 30 sentyabr-3 oktyabr tarixində Brüsseldə keçiriləcəyi bildirilib.

Divanın iclasında partiya Məclisinin şənbə günü keçirilmiş toplantısı haqqında fikir mübadiləsi də aparılıb. Bələdiyyə seçkilərində iştirakla bağlı Məclisin qərarından irəli gələn vəzifələr və görüləcək işlər müzakirə edilib, konkret tapşırıqlar verilib.

Gündəliyin ictimai-siyasi vəziyyətə dair bölümündə bir daha Türkiyə-Azərbaycan, Türkiyə-Ermənistan münasibətlərində yaşanan son proseslər nəzərdən keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR