Bank Of Baku

Milli Məclisin payız sessiyasının ilk iclasının gündəliyinə 30 məsələ daxil edilib

Milli Məclisin payız sessiyasının ilk iclasının gündəliyinə 30 məsələ daxil edilib
# 28 sentyabr 2009 14:25 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Milli Məclisin payız sessiyasının ilk iclasının gündəliyinə 30 məsələnin müzakirəsi daxil edilib. Milli Məclisin deputatı Zahid Orucun APA-ya verdiyi məlumata görə, gündəlikdəki ilk məsələ 2009-cu il payız sessiyasının qanunvericilik işləri planının təsdiq edilməsi haqqındadır. Onun sözlərinə görə, qanunvericilik işləri planının ardınca Azərbaycanın Serbiyada, Omanda, Böyük Liviya Ərəb Sosialist Xalq Cəmahiriyyəsində, Livanda və Estoniyada səfirliklərinin təsis edilməsi haqqında qanun layihələri müzakirə ediləcək.

Bundan sonra Azərbaycan və Rusiya Federasiyası prezidentlərinin Xəzər dənizi üzrə birgə bəyanatının təsdiq edilməsi haqqında qanun layihəsi, Azərbaycanla Rusiya Federasiyası arasında dövlət sərhədinin delimitasiyasının başa çatdırılmasının və Samur çayının su ehtiyatlarının bölüşdürülməsinin əsas prinsipləri haqqında birgə bəyanatın təsdiq edilməsi barədə qanun layihəsi müzakirə olunacaq.

Millət vəkilləri, həmçinin “2009-2010-cu illərdə Azərbaycan-Ukrayna əməkdaşlığının Tədbirlər Planı”na, “Azərbaycanla Gürcüstan arasında hava əlaqəsi haqqında” sazişə dəyişikliklər edilməsi haqqında” protokola, Azərbaycanla Latviya prezidentlərinin birgə bəyannaməsinin təsdiq edilməsinə dair sənədlərə, o cümlədən “Azərbaycanla Suriya arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında”, “Azərbaycanla Suriya arasında gömrük işi sahəsində qarşılıqlı yardım və əməkdaşlıq haqqında”, “Azərbaycanla Suriya arasında diplomatik, xidməti və ya xüsusi pasportlara malik olan şəxslərin viza tələbindən azad olunması haqqında” sazişlərə, habelə “Azərbaycanla Polşa prezidentlərinin Məşvərət Komitəsinin Nizamnaməsi”nin təsdiq edilməsinə dair qanun layihələrinə də münasibət bildirəcəklər.

İclasda “Kibercinayətkarlıq haqqında” Konvensiyanın təsdiq edilməsi,
Beynəlxalq Peyk Rabitəsi Təşkilatı ilə bağlı sazişə dəyişikliyin təsdiq edilməsi,
“Yoxlama və metroloji attestasiya məqsədi ilə daşınan normativ sənədlərin, etalonların və ölçmə vasitələrinin və standart nümunələrin gömrük rüsumlarından, vergilərdən və xüsusi icazələr verilməsindən azad edilməsi haqqında” 1995-ci il 10 fevral tarixli sazişə dəyişikliklər edilməsi barədə protokolun təsdiq edilməsi, “Birləşmiş Millətlər Təşkilatının işçi heyətinin və onunla bağlı heyətin təhlükəsizliyi haqqında Konvensiya” ya Fakültativ Protokolun təsdiq edilməsi qanunun layihələri müzakirə ediləcək.

İlk iclas günündə deputatlar “Terrorçuluq, mütəşəkkil cinayətkarlıq və cinayətlərin digər təhlükəli növləri ilə mübarizə sahəsində GUAM-ın iştirakçısı olan dövlətlərin hökumətləri arasında əməkdaşlıq haqqında” 2002-ci il 20 iyul tarixli saziş”ə dair protokolun təsdiq edilməsi, “Fərdi məlumatların avtomatlaşdırılmış qaydada işlənməsi ilə əlaqədar şəxslərin qorunması haqqında” Konvensiyanın təsdiq edilməsi, “Elektroenergetika haqqında”, “Qaz təchizatı haqqında”, “Su təchizatı və tullantı suları haqqında”, “Ətraf mühitinin mühafizəsi haqqında”, “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında”, “Təbii müalicə ehtiyatları, müalicə-sağlamlaşdırma yerləri və kurortlar haqqında”, “Tütün və tütün məmulatları haqqında”, “Dövlət qulluğu haqqında” və “İctimai televiziya və radio yayımı haqqında” qanunlara əlavə və dəyişikliklər edilməsi də müzakirə olunacaq.

Bundan başqa iclasda Qazax rayonunun Alpout və Xanlıqlar bələdiyyələrinin tərkibinə dəyişikliklər edilməsi ilə bağlı sənədə də baxılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR