Bank Of Baku

Demokratiya Uğrunda İttifaq Türkdilli Dövlətlərin Parlament Assambleyasının ilk toplantısını təbrik edib

Demokratiya Uğrunda İttifaq Türkdilli Dövlətlərin Parlament Assambleyasının ilk toplantısını təbrik edib
# 28 sentyabr 2009 18:46 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Bu gün Demokratiya Uğrunda İttifaqın (DUİ) Sədrlər Şurasının toplantısı keçirilib.

Qurumun mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, iclasda qərarların icrası, ölkədəki ictimai-siyasi durum və qarşıda duran vəzifələr müzakirə edilib. İttifaq rəhbərliyi Türkdilli Dövlətlərin Parlament Assambleyasının ilk toplantısını təbrik edib, bu işi türk dövlətlərinin siyasi birliyinə doğru ciddi addım sayıb.

İclasda Qarabağ münaqişəsinin həlli ilə bağlı aksiyaların davam etdirilməsi, həmçinin çoxsaylı şikayətləri nəzərə alaraq “Azərsu”, “Azərenerji”, “Azərqaz” və həmçinin Nəqliyyat Nazirliyinin binaları qarşısında piketlərin keçirilməsi məqsədəuyğun sayılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR