Bank Of Baku

Ümid Partiyası Müsavatla aralarında son günlər baş verənlərlə bağlı bəyanat yayıb

Ümid Partiyası Müsavatla aralarında son günlər baş verənlərlə bağlı bəyanat yayıb
# 29 sentyabr 2009 13:49 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. Ümid Partiyası Qarabağ və Respublika Uğrunda Hərəkat daxilində son günlər baş verənlərlə bağlı bəyanat yayıb. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan bəyanatda partiyanın bu qarşıdurmadan narahat olduğu bildirilir. Hərəkatın qorunmasına tərəfdar olduğunu bildirən Ümid Partiyası əvvəldən müxalifətin birliyinin daha da möhkəmləndirilməsi, hətta siyasi blok şəklində fəaliyyət göstərməsi üçün çalışdığını bildirib. Bəyanatda partiya rəhbərliyinin son günlər Müsavat Partiyası ilə Ümid Partiyası arasında baş verən və Ümid Partiyası tərəfindən anlaşılmazlıq kimi qeyd olunan hadisədən təəssüfləndiyi bildirilir: “Bu gün müxalifətin birliyi təhlükə altındadırsa, bunun xeyrini cəmiyyət görməyəcək, bunun zərbəsini isə uğrunda mübarizə apardığımız böyük və qüdrətli Azərbaycan amalı alacaq. Ona görə də, belə bir həssas məqamda sona qədər müxalifətin böyük birliyi kimi təqdim olunan Qarabağ və Respublika Uğrunda Hərəkatın qorunmasına çalışacağımızı bəyan edir və birgə ağır yollar keçdiyimiz Müsavat Partiyasına da bir yerdə qərar verdiyimizi xatırladaraq, heç bir şərt irəli sürmədən yolumuza davam etməyə çağırırıq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR