Bank Of Baku

Sülhəddin Əkbər: “Ümid Partiyası siyasi iradə nümayiş etdirsə, problemi həll etmək mümkündür”

Sülhəddin Əkbər: “Ümid Partiyası siyasi iradə nümayiş etdirsə, problemi həll etmək mümkündür”
# 30 sentyabr 2009 11:47 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Ümid Partiyasının Qarabağ və Respublika Uğrunda Hərəkat daxilində münasibətlərin əvvəlki qaydada davam etməsi barədə bəyanatla çıxış etməsinə baxmayaraq, Müsavat Partiyası öz mövqeyini dəyişmək fikrində deyil. Bunu APA-ya açıqlamasında Müsavat Partiyasının Məclis sədri Sülhəddin Əkbər deyib. O bildirib ki, seçki komissiyalarından imtina etməklə bağlı irəli sürülən şərt partiyanın mövqeyidir. S. Əkbər bu mövqelərində prinsipial olduqlarını söyləyib: “Ona görə də mən düşünmürəm ki, bu bəyanat partiyanın mövqeyinə təsir etsin. Əgər Ümid Partiyası bu mövqe ilə razılaşmayaraq hərəkatdan çıxacaqsa, biz təəssüflənəcəyik. Mən belə bir hal baş verməsini arzulamazdım. İstənilən halda biz hərəkatın genişlənməsinin, güclənməsinin tərəfdarıyıq. Amma Ümid Partiyası fərqli qərar qəbul edəcəksə, hörmətlə yanaşacağıq. Bir partiyanın hərəkatdan çıxması qurumun parçalanması demək deyil. Hərəkatın əsas qüvvələri birgə fəaliyyəti davam etdirəcəklər”.

S. Əkbər komissiya üzvlərinin geri çağırılması mexanizminin olmadığı barədə Ümid Partiyası tərəfindən səslənən arqumentə də münasibət bildirib: “Bu, məsələnin texniki tərəfdir. Ümid Partiyası sadəcə siyasi iradə nümayiş etdirsə, bu məsələni həll etmək mümkündür”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR