Bank Of Baku

Azərbaycanda iki seçki dairəsinin adı dəyişdirilib

Azərbaycanda iki seçki dairəsinin adı dəyişdirilib
# 30 sentyabr 2009 14:12 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. APA-nın məlumatına görə, iclasda qurumun avqustun 24-də keçirilən toplantısının protokolu təsdiq olunub. MSK sədri Məzahir Pənahov bildirib ki, həmin toplantının qərarına uyğun olaraq Dairə Seçki Komissiyalarının sədrləri, üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün ixtisasartırma kursları keçirilib. MSK sədri bu kursların nəticələrindən razı qaldığını qeyd edib.

İclasda 3 sayla Babək-Kəngərli Seçki Dairəsinin 3 saylı Babək-Kəngərli-Naxçıvan, 78 saylı Lerik-Lənkəran Seçki Dairəsinin isə 78 saylı Lerik Seçki Dairəsi adlandırılması barədə qərar qəbul edilib.

Toplantıda bir sıra Dairə Seçki Komissiyalarının tərkibində də dəyişiklik edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR